Arama

Sepultura

Güncelleme: 31 Ekim 2009 Gösterim: 8.191 Cevap: 2
virtuecat - avatarı
virtuecat
Ziyaretçi
4 Aralık 2006       Mesaj #1
virtuecat - avatarı
Ziyaretçi
mainpic

Sponsorlu Bağlantılar
Brezilyalı bir topluluk Sepultura... Ve tüm dünyaya uzanmış, ismini gittiği, gitmediği her yerde duyurmuş, köklü bir topluluk... Sepultura, Portekizcede mezar anlamına geliyor, ölüm ve yokoluş gibi konularla uğraşan bir müzik türünün temsilcileri için ipucu niteliğinde bir isim bu... İnce düşünülmüş, tıpkı Slayer ya da Venom gibi.

1984'te Belo Horizonte'de Igor - Max Cavalera kardeşlerce kuruldu. Paulo Jnr. ve üç yıl sonra yerini Andreas Kisser'e devredecek Jairo T. de Cavalera kardeşlere eşlik ediyordu. 1985'te yine bir Brezilyalı topluluk Overdose ile birlikte ilk albüm kaydını yapan Sepultura, "Bestial Devastation" isimli, kaliteden yoksun ve dar bir alanda yayılabilen bu çalışmayla dikkatleri üzerine çekemedi. "Morbid Visions", ilk solo denemeleri ertesi sene geldi, "Schizophrenia" ise bir yıl daha bekledi... İkisinde de müzik, dinleyene hız, hırs ve sinirlilik hissettiriyordu. Bunların kökeni ise topluluk üyelerinin daha önceki yaşantılar ve yaşadıkları yerdeki sosyal sıkıntı ve zayıflıklar idi.

Onları farkedip bağrına basan isim ise Monte Conner oldu, 1989'da yapımcı Scott Burns ile Rio'da kaydedilen "Beneath The Remains" ile ülke dışına da adımlarını atmış oldular. Sacred Reich topluluğunun danışmanı Gloria Bujnowski ile 1990'da çaldıkları Dynamo Şenliklerinin düzenlendiği Hollanda'da tanıştılar. Bu tanışma onlar için çok önemliydi, ilişkileri sonucu "Schizophrenia" yeniden raflardaki yerini aldı.

Avrupa ve Amerika'daki başarılara rağmen Sepultura kendi yurdu Brezilya'yı terketmedi. Yine 1990'da Rio'da Rock Şenliklerinde sahne aldılar. 1991'deki "Arise" plak şirketlerinin kısa tarihindeki en yüksek satış rakamlarına ulaştı. Chaos A.D. çalışmaları, topluluğun kendi müziğine olan yaklaşımının değiştiğini ortaya koyuyordu; sanki punkseverlere de bir kapı açılıyordu. Bu tutum özellikle New Model Army'nin parçası "The Hunt"ın yeniden yorumunda öne çıkıyordu.

1994'te Cavalera ikinci işinin, Alex Newport ile Nailbomb adı altında yaptığı kayıt çalışmalarının sonuncunda Point Blank CD'yi yayıma hazırladı. Roots, bir doruk olarak görülüyordu. Onları, aynı yolları dolanıp durmaktan kurtarıp, yaratmaya yönlendiren bir albüm... Brezilya ezgileri de elden geçirilmişti, "Ratamahatta" ve kabilesel "Itsari"de olduğu gibi. Cavalera, 1998'de kendi ismini taşıyan ilk albümü çıkaracak "Soulfly"ı kurmak niyetiyle topluluktan ayrıldığında, tam da 1996'da, zirvede hissettikleri ve hissedildikleri o zamanda, Sepultura'da etkisi uzun sürecek bir soğuk duşa neden oldu.

Amerikalı Derrick Green onun yerine geldiğinde işler biraz daha yoluna girmş gibi gözüküyordu. 1998'in Against albümünde hemen ilk rolünü oynadı. Anayurtları Brezilya'ya dönen topluluk "Nation" çalışmasıyla yeniden yükselişe geçti.

Son düzenleyen virtuecat; 26 Ocak 2008 17:20
Misafir - avatarı
Misafir
Ziyaretçi
27 Mayıs 2007       Mesaj #2
Misafir - avatarı
Ziyaretçi
papelparede02 1024x768

Sponsorlu Bağlantılar
Duman - avatarı
Duman
Ziyaretçi
31 Ekim 2009       Mesaj #3
Duman - avatarı
Ziyaretçi
sepultura brasil470

80-cı illərdə meydana çıxmış çoxlu metal qrupları içərisində elələri var ki, daim yeniliklərə və yeni texnologiyaya can atdıqlarına görə musiqi tərzlərində böyük dəyişikliklər ortaya qoymaqları ilə bərabər, ilk başdakı ruhlarını da heç bir zaman itirməyiblər. Yeni başlayarkən hakim olduqları siyasi baxışlarını, dünyaya bağırdıqları etirazçı fikirlərini, üsyankar ruhlarını həmişə qoruyub saxlaya biliblər. Onların içərisində Braziliya kimi üçüncü dünya ölkəsindən çıxıb, bütün aqressiya və emosiyaları ilə dünya metal səhnəsinin zirvələrini fəth edən “Sepultura” thrash metal qrupu məhz bu xarakterinə görə bəlkə də birinci yeri tutur.
“Sepultura” 1984-cü ildə Braziliyanın cənub-şərq hissəsində yerləşən şəhərlərdən biri olan Belo Horizontedə 4 nəfər olmaqla, Cavalera qardaşları Max (vokal, gitara) və İgor ( bateri), Paulo Jr. ( bas) və Jairo Guedz (gitara) tərəfindən qurulmuşdur. Qrupun formalaşmasından az bir zaman sonra dördlük 1985-ci ildə “Overdose” qrupu ilə Split EP olaraq “Bestial İnvasion” çıxarır. Albomda “Sepultura”nın 5, “Overdose”un isə 3 mahnısı yer alırdı. Aşağı keyfiyyəti və bir qədər maraqsız tərzi ilə o qədər də diqqət çəkməməsinə baxmayaraq, giriş treki və “Antichrist” mahnısı albomun ən yaxşı parçalarındandır. 1986-cı ildə isə artıq tammetrajlı və çox fərqli “Morbid Visions” albomu işıq üzü gördü. Bu albomda, uzun müddət “Sepultura”nın himninə çevrilmiş və güclü riffləri ilə yadda qalan “Troops of Doom” parçası da yer alırdı. Plastinka dördlüyə ölkə səviyyəsində şöhrət gətirdi və çoxsaylı qastrol səfərlərinə çıxmaq üçün imkanlar açdı. Lakin elə bu vaxtlarda da Quedez (Guedz) qrupdan ayrılır və onun yerinə çox talantlı gitarist Andreas Kisser gəlir.
“Escape to the voids” , “Inquisition symphony” və çox mükəmməl prodüser işlərinin də nəticəsində 1987-ci ildə çıxan “Schizophrenia” albomu bütün dünyada Braziliya metalının əks-sədasını doğurdu. Albom ilk əvvəl Avropaya butleq şəklində gəlsə də, sonradan rəsmi əsaslarla 30.000-dən çox tirajla satılmaqla “Sepultura”nın uğurları üçün çox geniş imkanlar açdı. Nəticədə, qrup holland leybllı “Roadrunner Records”la müqavilə bağlayır. Çox böyük büdcə problemlərinə baxmayaraq, “Roadrunner Records”la ilk reliz 1989-cu ildə satışa çıxarılan “Beneath The Remains” albomu oldu, hansı ki, bu gün də metal musiqidə öz populyarlığını qoruyub saxlaya bilmişdir. Qrup albomu Braziliyada yazdırmışdı və maliyyə sıxıntılarına baxmayaraq, prodüserlik üçün ABŞ-dan Scott Burns dəvət olundu. Onun uğurlu işləri və yenilik axtarışları qrupa professionalizm gətirdi. Burns albomu ABŞ-da da geniş miqyasda tanıtdıra bildi. Hələ indiyə kimi heç bir Braziliya metal qrupu belə uğura sahib ola bilməmişdi.
“Beneath The Remains” albomunun çıxmasından sonra qrup ilk dünya turnesinə çıxdı və bütün zamanların metal əfsanələri olan “Sodom”, “Metallica” və “Motörhead” kimi qruplarla eyni səhnələri paylaşmaq imkanı qazandılar. Alman metal monstrı “Sodom”la tanışlıqdan sonra ABŞ-a və daha sonra bir qədər də cənuba - Meksikaya yola çıxdılar. “Metallica” və “Motörhead” kimi canlı əfsanələrlə görüşmək, soyuq müharibədən sonra çökmüş Berlin divarı ətrafında ilk videolarını çəkmək bütünlükdə turneni unudulmaz bir xatirəyə çevirdi. “Inner self” treki isə “Beneath The Remains” albomundan ən hit mahnı kimi seçildi və sevildi.
İlk Braziliya metal qrupu kimi uğurların başlanğıcını qoyan “Sepultura” hedlayner (headliner) kimi ikinci Rock in Rio festivalına dəvət alır. Lakin təəssüf ki, uğurların əks tərəfi də oldu. San-Pauluda 40 000 azarkeşin qarşısında konsert zamanı fanatlardan birinin həlak olmasından sonra qrup uzun müddət Braziliya səhnələrində çıxış etmədi. Dəhşətli olay Braziliyada çox böyük əks-səda yaratdı və Braziliya şou biznes prodüserlərinə də təsirsiz ötüşmədi. “Sepultura” və onun fanatları barədə çox yanlış və arzuolunmaz bir imic yarandı. Bu tragik hadisə istisna olunmaqla, 1991-ci ildə çıxarılmış “Arise” albomunun turnesi çox uğurlu alındı və “Sepultura” Yunanıstan, Yaponiya, İndoneziya və Avstraliya kimi ərazilərdə də tanınmağa başladı. Hətta bu ölkələrdə möhtəşəm çıxışlarından sonra qrup özünün ilk sinqlını ( Third World Posse ) çıxardı. Hollandiyada isə özlərinin ilk böyük beynəlxalq festivallarında çıxış etdilər. Albomdan ikinci sinqlı və iki video klipi ( Arise və Dead Embryonic Cells) çıxardıqdan sonra qrup üzvləri gərgin yaradıcılıqla məşğul olduqlarını bəyan edib növbəti albomun hazırlıqları üçün studiyaya üz tutdular. Və 1993-cü ildə İngiltərədə bütün dünyadan olan jurnalistlərin də qatıldığı relizdə “Sepultura” möhtəşəm “Chaos A.D.” albomunu ictimaiyyətə təqdim etdi. Braziliya ritmlərindən istifadə edilmiş mahnılardakı emosional və aqressiv üsluba fərqli elementlər əlavə edilmişdi ki, bu da alboma uğur qazandırdı. Ən çox sevilən mahnı “Territory” oldu, albomdan çıxan ilk sınql da məhz bu trek idi. Bundan başqa, “Territory” üçün İsraildə çəkilmiş klip növbəti dəfə bir Braziliya metalı üçün yeni bir səhifə açdı və klip “MTV Video Music Awards”ın qalibi oldu.
Təbii ki, “Arise” albomunun turnesi zamanı baş vermiş məlum faciəvi hadisədən sonra yüzminlərcə pərəstişkarının qarşısında yenidən konsert vermək o qədər də asan deyildi. Lakin Braziliya rəsmi fan klubunun dəstəyindən sonra problemlər öz yoluna qoyuldu və dördlük yenidən öz vətənində yaradıcılıqla məşğul olmağa davam etməyə başladı.
1996-cı ildə çıxan növbəti “Roots” albomunda kollektiv daha çox milli yaşayış tərzindən, qədim adət-ənənələrdən bəhs edən musiqiləri ilə yadda qaldı. Mahnılarında Braziliyanın müxtəlif atributlarından və elementlərindən yararlanan qrup hətta albomun daha real və orijinal xarakterli alınması üçün bir müddət Xevantes tayfası arasında yaşayır və onların həyat tərzi ilə yaxından tanış olurlar. Və “Itsari” adlı kompozisiyanı da həmin tayfa ilə birgə yaşayan zaman yazırlar. Bundan başqa “Roots Bloody Roots”, “Attitude” və “Ratamahatta” albomdan ən çox sevilən və yaddaqalan parçalar olmaqla, həm də sinql və video şəklində də satışa çıxarılır. İlk video klip “Roots Bloody Roots” Salvador şəhərində çəkilmişdi. “Attitude” videoklipində isə Braziliya idman əfsanələrindən və Braziliya “Jiu-Jitsu”sunun yaradıcılarından bəhs edirdi. Ən çox diqqət çəkən isə “Ratamahatta” videoklipi oldu, hansı ki Braziliya MTV-sinin “Ən yaxşı rok-video” nominasiyası üzrə qalib seçildi. Bu klip həm də yeganə “Sepultura” videosudur ki, heç bir insan obrazından istifadə olunmamışdır və klipdə yalnız animasiyalaşdırılmış dünya təsvir olunur.
Əlbəttə, hər şey çox əla gedirdi, lakin Maksın həyat yoldaşı- qrup menecerinin övladının vəfat etməsi ilə bütün planlar alt-üst oldu. Maks həyat yoldaşı ilə qrup arasındakı dilemma qarşısında qalır və sonda həyat yoldaşını seçir. İqor, Andreas və Paulo onu anlayışla qarşılayır və “Roots” albomunun konsert müqavilələrindən qalan çıxışlarını üç nəfər davam etdirirlər.
Hər kəs Maksın “Nail-Bomb”la birlikdə öz yaradıcılığına davam edəcəyini düşünərkən, o, özünə yeni bir qrup - “Soulfly”yı qurur.
Onun gedişindən sonra qrupda vokal boşluğu yaranır. Buna görə də İqor, Andreas və Paulo öz musiqilərində yeni yol axtarıb tapırlar. Paulo bas partiyalarını təxirə salır və Andreas da vokal partiyalarını oxumağı sınaqdan keçirmək istəyir, baxmayaraq ki, o, bu vaxta qədər heç vaxt vokal ifa etməmişdi. Lakin bu onun üçün çox ağır və çətin olur. Qrup məcburən yeni bir vokalistin axtarışına çıxır və bunun üçün çoxlu sayda vokalistləri doğma vətənlərinə - Braziliyaya dəvət edirlər. Təbii ki, burada Braziliyanın yaşam tərzi və mədəniyyəti də vokalistlərin qrupla anlaşmasında önəmli rol oynayırdı. Nəhayət, 1998-ci ildə kollektiv hard-core köklü Derrik Qrinin (Derrick Green) üzərində dayanır. Derrik özünü Braziliyada çox gözəl hiss edir, o həm də çılğın bir futbol azarkeşi idi. Buna görə də qrupla çox gözəl anlaşır.
1998-ci ildə çıxan növbəti “Against” albomu kommersiya cəhətdən əvvəlki albomlar qədər uğurlu olmasa da, pərəstişkarlar Derriki çox böyük sevgiylə qarşılayırlar. Albomdan çıxan “Tribus”, “Against” və “Choke” sinqlları və həmçinin eyniadlı parçaların videoları çox sevilir. Həmçinin albomun turnesi də uğurlu alınır və qrup öz konsertləri ilə bütün dünyanı dolaşdıqdan sonra doğma vətənləri Braziliyaya dönür. Uğurlu turne səyahətindən sonra dördlük növbəti albomun yazılışına başlayır və 2001-ci ildə “Nation” albomunu pərəstişkarlarının ixtiyarına verir. Bu albomun ən çox sevilən parçalarından olan “Sepulnation” kompozisiyasında onlar özlərinin xəyal etdikləri azad, adil və utopik ölkəni təsvir etmişdilər. Mahnı sözləri ilə öz müharibələrini elan edən dördlük bu parçada xüsusi yeri məhz bu insanlara ayırmışdı: fanatlar, dostlar və ailələr.
Portuqalca “qəbiristanlıq” anlamına gələn, “Slayer” və “Venom” kimi metal əfsanələrinin böyük təsiri və sevgisi nəticəsində təşəkkül tapmış “Sepultura” get-gedə öz yolunu tapmış və death metal, black metal, thrash metal və speed metal qarışığı olan orijinal tərzini yaratmışdır. Bununla da 90-ci illərdən bəri fəaliyyət göstərən metal qrupları arasında ən çox sevilən dördlük kimi rok musiqiyə öz damğasını vurmuşdur.
Albomlar :
· Morbid Visions - 1986
· Schizophrenia - 1987
· Beneath The Remains - 1989
· Arise - 1991
· Chaos A.D. - 1993
· Roots - 1996
· Against - 1998
· Nation - 2001
· Roorback - 2003
· Live In Sao Paolo - 2005
· Dante XXI - 2006
Üzvlər:
Hazırki üzvlər:
Andreas Kisser ( 1987 - ) - gitara
Derrick Green ( 1997 - ) - vokal, gitara
Paulo Xisto Pinto Jr. ( 1984 - ) - bas
Jean Dolabella ( 2006 - ) - bateri
Əvvəlki üzvlər:
Max Cavalera - gitara
Wagner Lamourier - vokal
PauloPinto Jr. - bass gitara
İqor Cavalera - baraban

herkesden ozur dilerim ben o kadarda iyi turkce bilmediyim icin kendi dilimde yazdim
Son düzenleyen Duman; 31 Ekim 2009 15:02 Sebep: Mesajlar Otomatik Olarak Birleştirildi